Moldovada Azərbaycan filminin təqdimatı oldu

Moldovada Azərbaycan filminin təqdimatı oldu
8 dekabr 2023
# 10:11

Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində paytaxt Kişineuda Azərbaycan istehsalı “Nar bağı” filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, İlqar Nəcəfin ssenari müəllifi olduğu filmin təqdimatı Moldova Dövlət Universitetində baş tutub.

Azərbaycan və Moldova Mədəniyyət nazirlikləri, ölkəmizin Moldovadakı səfirliyi, Moldova Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi İlqar Fərəcov iki ölkə arasında mədəni əlaqələrin inkişafının vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində əlaqələri ilbəil genişlənir. Bu əməkdaşlığın inkişafına qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də əhəmiyyətli töhfə verməkdədir. Belə tədbirlər sayəsində dünya xalqları Azərbaycanın, xalqımız isə dünya ölkələrinin mədəniyyəti, sənət inciləri ilə tanış olur. Bildirilib ki, mədəniyyət günləri qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasına, mədəniyyət və incəsənətinin təbliğinə dəyərli töhfələr verəcək. Azertac

# 583 dəfə oxunub

Müəllifin son yazıları

# # #