Əməkdar mədəniyyət işçisi vəfat etdi

Əməkdar mədəniyyət işçisi vəfat etdi
6 sentyabr 2021
# 12:30

Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən məlumata görə, Nazirliyin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova sentyabrın 4-də, 57 yaşında dünyasını dəyişib.

Nairə Hafiz qızı Sadıxova 1964-cü il iyulun 21-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakultəsini bitirib.

1986-2001-ci illərdə Azərbaycan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət Nazirliyi Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

2017-ci ildə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

# 2387 dəfə oxunub

Müəllifin son yazıları

# # #