Əməkdar artist ölümlə üz-üzə - Təcili pul lazımdır

Əməkdar artist ölümlə üz-üzə - Təcili pul lazımdır
22 fevral 2020
# 15:01

Xəbər verdiyimiz kimi Əməkdar artist Rəhman Rəhmanovun vəziyyəti ağırdır.

Kukla Teatrının baş rejissoru Qurban Məsimov aktyorun son durumu ilə bağlı açıqlama verib. O, bildirib ki, ödəniş olunmadığı üçün əməliyyat aparılmır:

“Dünən aktyor Bakı Sağlamlıq Mərkəzinə aparılıb. Hazırda reanimasiyadadır. Gecə ikən analizlər götürüldü, diaqnoz qoyuldu. 12 barmaq bağırsağın yolunu daş bağlayıb. Onu təcili əməliyyat edib çıxarmaq lazımdır. Bunun üçün xəstəxanaya ödəniş olunmalıdır. Hələ ki, o məbləğ olmadığı üçün həkimlər gözləyir. Biz və yaxınları bu məbləğin toplanmasına çalışırıq. Təcili əməliyyat olunmasa, Rəhman müəllimin vəziyyəti daha da kritikləşə bilər. Qanına zəhərlənmə keçsə, həyatı təhlükə ilə üz-üzə qalacaq”./yenicag.az/

# 3233 dəfə oxunub

Müəllifin son yazıları

# # #