Əməkdar artist Zeynəb Xanlarovadan danışdı: “Ağzıgöyçəklər danışırlar...”

Əməkdar artist Zeynəb Xanlarovadan danışdı: “Ağzıgöyçəklər danışırlar...”
9 mart 2021
# 10:40

“Mən bibimlə iki il əvvəl yeni il konsertində görüşüb, şəkil və videolar çəkdirib, instagram səhifəmə yüklədim. Amma buna baxmayaraq yenə də deyirlər ki, guya bizim münasibətimiz yoxdur!”

Bu sözləri moderator.az-a müsahibə verən Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə münasibətlərinə aydınlıq gətirərkən söyləyib. O, daha sonra əlavə edib:

“Bilmirəm, başqa nə edim ki, onlar inansın ki, bizim münasibətimiz yaxşıdır? Ağzıgöyçəklər onsuz da danışırlar və danışacaqlar da. Zeynəb Xanlarova bizim nəslimizin baş tacıdır.”

Aktrisa Zeynəb xanımın bu dedi-qodulara necə müansibət göstərdiyindən də danışıb:

“Zeynəb xanım heç vaxt belə işlərə qarışmayıb, bir kəlmə də deməyib. Şükür Allaha, o dünya görmüş insandır.”

# 2162 dəfə oxunub

Müəllifin son yazıları

# # #