Misirdə "Azərbaycanı kəşf et” rəsm müsabiqəsi keçirildi

Misirdə "Azərbaycanı kəşf et”  rəsm müsabiqəsi keçirildi
22 noyabr 2021
# 14:10

Misirdə "Azərbaycanı kəşf et” adlı rəsm müsabiqəsi təşkil olunub.

Kulis.az xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyində müsabiqənin qaliblərinə mükafatların təqdimatı mərasimi keçirilib. Misirli 10 şagirdə “El Hedaya Co” şirkətinin şəhadətnaməsi və hədiyyələri təqdim edilib.

Bundan sonra hər il keçirilməsi nəzərdə tutulan müsabiqənin münsiflər heyətinə Misirin tanınmış rəssamı Məhəmməd Nacib və alim Heba Mahmud daxil olub. Tədbirdə ərəb dilində nəşr olunmuş “Qarabağ Azərbaycandır” kitabı da təqdim olunub.

Sonra misirli şagird Zina Mustafa Dərviş Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyib.

# 1063 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #