Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirildi 

Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirildi 
1 iyun 2022
# 16:20

Mirzə Ələkbər Sabirin 160 illiyi ilə əlaqədar "Cəlil Məmmədquluzadənin ev muzeyi"ndə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə ədəbiyyatşünaslar, sənət adamları və media nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edən professor Cahangir Məmmədli satirik şairimizin yubileyi münasibəti ilə bir neçə nüansa toxunub. O, Sabirin yaradıcılığından, xüsusən "Molla Nəsrəddin" dərgisindəki fəaliyyətindən, günümüzdə Sabirin təbliğatından danışdı.

Muzeyin Baş elmi işçisi Yeganə Məmmədova muzeyin fəaliyyətindən, Sabirin məktəblərdə, universitetlərdəki təbliğatdan danışıb. O, bu cür tədbirlərin tez-tez təşkil olunacağını bildirib.

Tədbirdə həmçinin Əməkdar jurnalist, Mircə Cəlilin əsas araşdırmaçısı Allahverdi Məmmədli də iştirak edib. O, Sabirin satira janrındakı novatorluğundan, üslubçuluğundan, günümüzdəki aktuallığından danışıb. "Molla Nəsrəddin"çilərin hər birinin ölkə mədəniyyətindəki yerini qeyd edib.

Tədbirə Əməkdar müəllim Məlahət Babakişiyevanın rəhbərliyi ilə 150 nömrəli məktəbin şagirdləri də gəlib və Sabirin yaradıcılığından şeirlər oxuyub.

Azərbaycan Opera və Balet Teatrının solisti Elşən Məmmədov və tarzən Səid Quliyev də musiqili çıxışlar edərək tədbiri sonlandırıblar.

Qeyd edək ki, tədbirin sonunda bir neçə iştirakçılara və muzeyin əməkdaşı Günel Sayılovaya fəxri fərman təqdim edilib.

# 1432 dəfə oxunub

Müəllifin son yazıları

# # #