Mirzə Ələkbər Sabir haqqında yeni film çəkilir

Mirzə Ələkbər Sabir haqqında yeni film çəkilir
30 may 2022
# 13:40

İctimai Televiziya M.Ə.Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar “Səbirli adam. Mirzə Ələkbər Sabir” adlı yeni bədii-sənədli film hazırlayıb.

Filmin yaradıcıları M.Ə.Sabirin keşməkeşli həyatına işıq salır, əsərlərinin məhv olunmaqdan necə xilas edildiyini xüsusi qabardırlar.

Kulis.az xəbər verir ki, “Səbirli adam. Mirzə Ələkbər Sabir” bədii-sənədli filminin quruluşçu rejissoru Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyevdir. İkinci rejissoru Çingiz Həsənov, quruluşçu rəssamı Vüsal Rəhim, montaj rejissoru Elçin Elxanlıdır.

Film ilk dəfə şairin doğum günündə - mayın 30-da İctimai Televiziya ilə nümayiş olunacaq.

# 2315 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #