Milli Teatrda Novruz tamaşası

Milli Teatrda Novruz tamaşası
18 mart 2022
# 13:20

Akademik Milli Dram Teatrında “Sehrli Buta” adlı Novruz tamaşasının nümayişinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, balacalar üçün ərməğan olan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.

Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Xanım Həsənovadır.

“Sehrli Buta”da əməkdar artistlər Mehriban Xanlarova, Elnar Qarayev, Rəşad Bəxtiyarov, aktyorlar Rada Nəsibova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Şəhla İsmayılova, Firuzə Balayeva, Corc Qafarov, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Tural İbrahimov və Elsevər Rəhimov rol alıb.

Tamaşa 18-24 mart tarixlərində nümayiş olunacaq. Biletlərin qiyməti 10 manatdır. Biletləri teatrın kassasından və iticket.az saytından əldə etmək olar.

# 1573 dəfə oxunub

Müəllifin son yazıları

# # #