"Milli motivlər" adlı ustad dərsi keçirildi

"Milli motivlər"  adlı ustad dərsi keçirildi
24 dekabr 2025
# 11:00

Dekabrın 23-də Muzey Mərkəzində media əməkdaşları üçün “Milli motivlər” adlı ustad dərsi təşkil edilib.

Kulis.az xəbər verir ki, ustad dərsi peşəkar rəssam Məhərrəm Əli tərəfindən keçirilib.

Ustad dərsi zamanı iştirakçılara milli ornamentlərin, ənənəvi rəng həllərinin və Azərbaycan təsviri sənətinə xas motivlərin tətbiqi barədə ətraflı məlumat verilib, praktiki nümunələr nümayiş etdirilib.

Ustad dərsi çərçivəsində media nümayəndələri rəsm əsərləri çəkərək yaradıcılıq prosesinə cəlb olunub, onlara fərdi yanaşma əsasında məsləhətlər verilib və onlara öz ideyalarını ifadə etmək üçün motivasiya yaradılıb.

# 169 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər