Milli Kitabxanada “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub.
Kulis.az xəbər verir ki, sərgilərdə “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq və milli həmrəylik məfkurəsi”, “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi”, “Azərbaycançılıq-milli ideologiyamızın əsası, Vətənpərvərlik məfkurəsi, Milli dövlətçilik məfkurəsi”, “Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti tarixi”, “Mənəvi dəyərlərin təbliği” və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, fotolar, dövrü mətbuatda dərc olunan məqalələr nümayiş olunur.
Qeyd edək ki, virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.