Mikayıl Abdullayevin doğum günüdür

Mikayıl Abdullayevin doğum günüdür
19 dekabr 2023
# 13:00

Bu gün Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Mikayıl Abdullayevin doğum günüdür.

Kulis.az məlumat verir ki, Mikayıl Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olub. 1935-1939-cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda (indiki Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi) Səttar Bəhlulzadənin sinfində dərs alıb.

Azərbaycan rəssamlıq məktəbinin böyük simalarından olan Mikayıl Abdullayevin təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etib, dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaradıb.

Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıdıb.

Mikayıl Abdullayev 2002-ci il avqustun 22-də vəfat edib.

# 631 dəfə oxunub

Müəllifin son yazıları

# # #