#

"Meyxananı məhv etməyin..." - Namiq Qaraçuxurlu müraciət etdi

"Meyxananı məhv etməyin..." - Namiq Qaraçuxurlu müraciət etdi
22 fevral 2024
# 13:00

Meyxanaçı və müğənni Namiq Qaraçuxurlu sosial şəbəkə hesabında paylaşım edib.

Kulis.az xəbər verir ki, o, meyxana sənətini ucuzlaşdırmaq istəyənlərə müraciət edib:

"Bəzi meyxana həvəskarları, hətta bəzi meyxanaçılar bu sənəti o qədər dar çərçivədə dərk edirlər ki… Paxıllıqdan görməzdən gələnlər isə ayrı bir acıdır. Meyxana yalnız qəzəl, musiqi, gülüş məkanı, əyləncə, drama, nə də mərsiyədən başqa bir şey deyildir. Bu janrların əksəri özlüyündə möhtəşəmdir, lakin meyxana bütün bunların ən şirin, cana yaxın tərəfini özündə ehtiva etmək bacarığı olan sənətdir. Meyxana bununla meyxanadır.

Meyxana bütün qadağalara rəğmən heç vaxt kütləviliyini itirməyib. Meyxananı sevə-sevə çərçivəyə salıb məhv etməyin, lütfən. Meyxananı qorumaq üçün dilinizi qoruyun, amandır".

# 714 dəfə oxunub

Müəllifin son yazıları

# # #