Meyxanaçı: "İmam Hüseyn atamdan artıqdır"

Ağamirzə, meyxanaçı

Ağamirzə, meyxanaçı

3 avqust 2022
# 11:20

"Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən də artıqdır. Özümdən isə milyard dəfə öndədir".

Kulis.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə "Yeni Sabah"a açıqlamasında deyib. O, Məhərrəmlik ayında şənlik keçirməyə qarşı olduğunu bildirərək əlavə edib:

“Məhərrəm ayında Bakı kəndlərinin camaatı demək olar ki, şənlik keçirmir. Qonaq qismində harasa gedib Allah buyurduğundan söhbətləşmək olar. Məni bir-iki yerə dəvət ediblər, amma getməmişəm. Dədə-babadan görmüşük ki, bu iki ayda insanlar yas saxlayıb. İndi də bunu davam etdirməlidirlər. Onlar gərək əza saxlayıb namaz qılsınlar".

# 2393 dəfə oxunub

Müəllifin son yazıları

# # #