“Harri Potter”in müəllifi C.K.Roulinq ölümlə təhdid edilib.
Kulis.az xəbər verir ki, oxucularından birinin “Tvitter”də paylaşdığı statusdan sonra yazıçı hər gün ölüm təhdidləri alır.
Qeyd edək ki, 56 yaşlı yazıçı bir müddət əvvəl transseksualları alçaldan ifadələr işlətdiyinə görə tənqidlərə məruz qalmışdı.