Məşhur amerikalı yazıçı Nil Qeyman iş adamı İlon Maskın “Üzüklərin hökmdarı” serialı haqqında tənqidlərinə münasibət bildirib.
Kulis.az xəbər verir ki, Nil Qeyman iş adamının “Tolken məzarında çevrildi” tvitinə belə cavab verib:
“İlon məndən “Twitter”i necə əldə edə bilmədiyi barədə məsləhət almırsa, filmlər, televiziya şouları və ədəbi tənqid haqqında mənə də onun fikirləri maraqlı deyil”.
Qeyd edək ki, İlon Mask serialdakı obrazların xarakterlərini tənqid etmişdi.