Məşhur yazıçı 8 il müddətində həbs edildi

Məşhur yazıçı 8 il müddətində həbs edildi
28 noyabr 2023
# 18:40

Məhkəmə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilən yazıçı Dmitri Qluxovskinin qanuni cəzasını qüvvədə saxlayıb.

Kulis.az xəbər verir ki, Moskva Şəhər Məhkəməsi Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında saxtakarlığa görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilmiş yazıçı Dmitri Qluxovskinin hökmünü qanuni hesab edib.

“Metro 2033” və “Mətn” romanlarının müəllifinin Rusiya, İsrail vətəndaşlığı, Almaniya və İspaniyada yaşamaq icazəsi var.

Qeyd edək ki, Qluxovski Rusiya Federasiyasında xarici media agenti kimi tanınır.

# 1002 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #