Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb
27 noyabr 2026
# 16:37

Türkiyəli aparıcı Ece Üner və həyat yoldaşı, jurnalist Deniz Bayramoğlu saxlanılıb.

Kulis.az xəbər verir ki, onlar İstanbul Baş Prokurorluğunun Halk TV-nin sahibi Cafer Mahiroğlu ilə bağlı apardığı istintaq çərçivəsində tutulublar.

Belə ki, istintaqın üçüncü mərhələsi üzrə ümumilikdə 12 nəfər barəsində saxlanılma qərarı verilib.

Məlumata əsasən, araşdırma çərçivəsində rüşvət, tenderlərə müdaxilə, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması və saxta hesab-fakturalarla bağlı iddialar araşdırılır.

Prokurorluğun iddiasına görə, Ece və həyat yoldaşına aylıq 1 milyon 650 min lirə (təxminən 55 min manat) məbləğində qeyri-rəsmi ödəniş edildiyi və bunun müqabilində sifarişli, həqiqətə uyğun olmayan xəbərlər hazırlatdırıldığı iddia olunur.

# 172 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər