Məşhur türk müğənni vəfat etdi

Məşhur türk müğənni vəfat etdi
10 iyul 2025
# 13:03

Məşhur türk müğənni Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə sənətçinin qızı Melike Demirağ sosial media hesabından məlumat yayıb.

Qeyd edək ki, karyerasına 12 yaşında başlayan müğənni "Para Para Para!", "Gönlüm Çok Zengin", "Ne Haber" mahnıları ilə tanınır.

ABŞ və Avropada konsertlər verən ifaçı "Televiziyada oxuyan ilk türk sənətçi" adına layiq görülüb. O, 1981-ci ildə karyerasını yekunlaşdırıb.

# 225 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #