Məşhur türk filmi rekord sayda bilet satdı

Məşhur türk filmi rekord sayda bilet satdı
5 aprel 2022
# 13:00

“Bergen” filminə 13 həftədə 16 milyondan artıq bilet satılıb.

Kulis.az NTV-yə istinadla xəbər verir ki, kino tənqidçiləri karantin dövründən sonra bu göstəricinin rekord olduğunu və keçmiş illərə nisbətən bilet satışının normallaşdığını deyiblər.

Qeyd edək ki, “Bergen” filmi ötən əsrin məşhur və ağır həyatı ilə yaddaşlarda qalan müğənni Bergenin həyatından bəhs edir.

# 1775 dəfə oxunub

Müəllifin son yazıları

# # #