Məşhur rusiyalı teleaparıcı və musiqi tənqidçisi Sergey Sosedov 58 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə TASS agentliyi aparcının yaxın ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
Tənqidçinin qəfil ölümünün səbəbləri hələlik açıqlanmayıb. Agentliyin mənbəsi "Sergey artıq yoxdur. Bu hadisə Yakutiyada baş verib" – deyə bildirib. Məlumata görə, Sosedov Yakutiyanın Neryunqri şəhərində qastrol səfərində olub.
Rusiyanın "Mash" Teleqram kanalı əlavə edir ki, Sosedovun ölüm xəbərini onun həmkarı, tanınmış teleaparıcı Vadim Takmenyov da təsdiqləyib.
Qeyd edək ki, o, heç vaxt rəsmi nikahda olmayıb və övladı yox idi.
Sergey Sosedov 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində "Qələm köpəkbalıqları" musiqi layihəsinin ən sərt, kəskin və ekstravaqant münsiflərindən biri kimi bütün Rusiya miqyasında məşhurluq qazanmışdı. O, 2020-ci ildən etibarən "Superstar! Qayıdış" musiqi şousunun daimi münsiflər heyətinin üzvü kimi çıxış edirdi. Sosedov həmçinin NTV kanalında yayımlanan "Həddin o tayında" sosial layihəsinin aparıcısı olub və populyar "X-Faktor" şousunda münsif qismində iştirak edib.