#

Məşhur serialla bağlı müsabiqə keçiriləcək

Məşhur serialla bağlı müsabiqə keçiriləcək
12 oktyabr 2022
# 13:20

Bütün dünyada fenomenə çevrilmiş “Taxt oyunları” serialının finalını yenidən yazanlara mükafat veriləcək.

Kulis.az xəbər verir ki, məşhur televiziya kanallarından biri səkkizinci mövsümü ilə ekranla vidalaşan məşhur serialın finalını yenidən yazmaq istəyənlərə mükafat ayıracağını elan edib.

Bütün seriaları ard-arda izləyib finalı yenidən yazan şəxslərə iki min dollar mükafat veriləcək.

Qeyd edək ki, seçimlər otuz gün davam edəcək.

Müsabiqəni elan edən televiziya kanalı “bu tarixdə bənzəri olmayan hadisədir, xəyallarınızdakından da böyük bir səyahətə çıxmaqla yanaşı, həm də tarix yazacaqsınız” ifadələrini işlədib.

# 1438 dəfə oxunub

Müəllifin son yazıları

# # #