Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı

Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı
19 noyabr 2026
# 10:48

Avqust ayında vəfat edən yapon rəssam Yayoi Kusamanın “No. 3P.B.” adlı əsəri hərracda 15,1 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, 1960-cı ildə yaradılmış tablo rəssamın əsərləri arasında indiyədək qeydə alınan ən yüksək satış qiymətinə nail olub.

Əsərin qırmızı rəngli, bir-birinə bağlanan torvari naxışları Kusamanın yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Rəssam uzun illər ərzində təkrarlanan nöqtələr, torlar və sonsuzluq obrazları ilə dünya incəsənətində özünəməxsus yer tutub. Onun əsərləri həm muzeylərdə, həm də kolleksiyaçılar arasında böyük maraq doğurur. Kusamanın ölümündən sonra bu cür rekord satışın baş verməsi sənət bazarında onun yaradıcılığına marağın azalmadığını göstərir.

# 318 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər