Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi
3 avqust 2026
# 10:06

Rusiyalı rəssam Pavel Yeskov 45 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə mərhumun 2009-cu ildən üzvü olduğu Sankt-Peterburq Rəssamlar İttifaqının "VKontakte" səhifəsində məlumat yayılıb.

Məlumatda Yeskovun iyulun 30-da dünyasını dəyişdiyi qeyd olunub, vida mərasiminin vaxtı və yeri barədə daha sonra əlavə məlumat veriləcəyi bildirilib.

İttifaqdan verilən bəyanatda vurğulanıb: "Pavel Yeskov öz tablolarında Peterburqa əbədi günəşli yaz bəxş edən bir rəssam kimi həmişə qəlbimizdə qalacaq".

Pavel Yeskov kimdir?

Pavel Yeskov 1981-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olmuş rusiyalı rəngkar və rəssamdır. O, İlya Repin adına Sankt-Peterburq Dövlət Rəssamlıq Akademiyasını bitirib. Əsasən şəhər mənzərələri (xüsusən də Sankt-Peterburq küçələri), natürmortlar və peyzajlar çəkən Yeskov akademik realizmlə impressionizmi ustalıqla birləşdirən özünəməxsus üslubu ilə tanınırdı. Onun əsərləri Rusiya ilə yanaşı, Çin, İngiltərə, ABŞ və müxtəlif Avropa ölkələrindəki şəxsi kolleksiyalarda saxlanılır. 30 iyul 2026-cı ildə vəfat etmişdir.

# 59 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər