Məşhur rəssam vəfat etdi

Boris Jutovski

Boris Jutovski

9 mart 2023
# 13:30

Sovet və Rusiya avanqard rəssamı, illüstrator və yazıçı Boris Jutovski 90 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin ölüm səbəbi məlum deyil.

Jutovski 1932-ci ildə Moskvada anadan olub. Moskva Poliqrafiya İnstitutunun kitab rəssamları şöbəsində oxuduqdan sonra Uralsda işləməyə gedib. 1957-ci ildə paytaxta qayıtdıqdan sonra burada illüstrator və kitab tərtibatçısı kimi karyerasını davam etdirib.

Onun ilk rəsm sərgisi 1959-cu ildə açılıb. Jutovski 1962-ci ilin dekabrında Rəssamlar İttifaqının Moskva bölməsinin 30 illik yubileyinə həsr olunan "Moskva Rəssamlar İttifaqının 30 illiyi" sərgisinin iştirakçılarından biri olub.

# 773 dəfə oxunub

Müəllifin son yazıları

# # #