Məşhur reperin qatili 27 il sonra tutuldu

Məşhur reperin qatili 27 il sonra tutuldu
30 sentyabr 2023
# 14:00

27 il sonra Las-Veqas polisi məşhur amerikalı reper Tupak Şakurun qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, şəhər prokurorluğu saxlanılan Keyt Devisə qarşı ittiham irəli sürüb və o, həbs edilib.

Qeyd edək ki, reper 1996-cı il sentyabrın 7-də öldürülüb. Ona maşınının yanındakı avtomobildən atəş açılıb. Ehtimallara görə, atışmadan əvvəl tərəflər arasında münaqişə olub.

# 915 dəfə oxunub

Müəllifin son yazıları

# # #