Məşhur reper narkotik təbliğatı ilə bağlı məhkəmə qarşısına çıxacaq

Məşhur reper narkotik təbliğatı ilə bağlı məhkəmə qarşısına çıxacaq
28 aprel 2026
# 12:38

Moskvanın Nikulinski rayon məhkəməsi narkotik təbliğatında ittiham olunan repçi Qanvestin (Ruslan Qominov) işinə baxacaq.

Kulis.az xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir:

"2026-cı il aprelin 27-də Ruslan Vladimiroviç Qominov barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol daxil olub".

Məhkəmə iclasının tarixinin hələ təyin edilmədiyi vurğulanır.

"Nikotin", "Xuliqan"...

Bundan əvvəl bildirilirdi ki, iddialar ifaçının "VKontakte" sosial şəbəkəsində hamı üçün açıq şəkildə yerləşdirilmiş bir sıra musiqi kompozisiyalarına aiddir. Siyahıya xüsusilə "Nikotin", "Bardak", "V neadekvate", "Ananasovıy sirop", "Na Raxate", "Kayfuli", "Kodinq/şneyne" və "Xuliqan" kimi treklər daxildir.

Qeyd edək ki, hələ fevral ayında da Qanvestə qarşı narkotik vasitələrin təbliğatı faktı üzrə inzibati iş açılmışdı. Məsələ böyüdükdən sonra Qominov 25 trekinə senzura tətbiq edəcəyinə və xeyriyyəçiliklə məşğul olacağına söz vermişdi. Musiqiçi vurğulamışdı ki, yaradıcılığından "bütün mübahisəli məqamları" çıxarmaq və onları Rusiya qanunvericiliyinin tələblərinə tam uyğunlaşdırmaq niyyətindədir.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər