Rusiyalı reperin konserti baş tutmayıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, "Basta" təxəllüsü ilə tanınan məşhur reper Vasili Vakulenko Kiprdəki konsertini təxirə saldığını açıqlayıb.
Vakulenko öz teleqram hesabında iyul ayının 9-da Limassol şəhərində keçiriləcək konsertdə iştirak etməyə vaxtının olmadığını bildirib.
Reper yaranan narahatlığa görə pərəstişkarlarından üzr istəyib.
Qeyd edək ki, Basta konsertin avqustun sonuna kimi keçiriləcəyini deyib.