Məşhur repçi albomlarından heç bir qazanc əldə edə bilmir

Məşhur repçi albomlarından heç bir qazanc əldə edə bilmir
10 sentyabr 2024
# 13:24

Məşhur reper Ceza bəzi albomlarından pul qazana bilmədiyini bildirib.

Kulis.az xəbər verir ki, türkiyəli reper bu sözləri Melisa İşitenin verilişində deyib.

"Albom müqavilələrini çox yanlış imzalamışam. Ən dəyərli 3 albomum olan "Yerli Plaka", "Medcezir" və "Rapstar"ın hüquqlarına sahib deyiləm. O albomlardan 1 faiz belə qazanmıram. Kaş o müqavilələri imzalamazdım".

# 245 dəfə oxunub

Müəllifin son yazıları

# # #