Rusiyalı rejissor Qalina Voropay 49 yaşında dünyasını dəyişib.
Kulis.az rus mediasına istinadən xəbər verir ki, rejissor xərçəng xəstəliyindən vəfat edib.
Sankt-Peterburqda yaşayan Voropay "Luntik və onun dostları", "Alyoşa Popoviç və Tuqarin ilanı", "Pişik və Tülkü", "Tim və Tom", "İvan və boz canavar" adlı cizgi filmlərinin müəllifi olub.