Məşhur rejissor üzr istədi

Sono Sion, rejissor

Sono Sion, rejissor

7 aprel 2022
# 11:00

Yapon rejissor və yazıçı Sono Sion günahlandırıldığı cinsi zorakılıq və təcavüz iddialardan sonra üzr istəyib.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, Sono “bir rejissor olaraq məntiqsizlik və ətrafındakı insanlara qarşı hörmətsizlik” iddialarını qəbul edərək, yol verdiyi narahatlıqdan dolayı üzr istəyib.

Qeyd edək ki, rejissorun çəkdiyi “Ai no Mukidaşi” filmi, Yapon film industriyasında “güvən sarsıdan film” olaraq göstərilir.

60 yaşlı Yapon rejissor, 2021-ci ildə, Hollivudda çəkdiyi "Prisoners of the Ghostland" ilə adını dünya arenasına çıxara bilmişdi.

# 1452 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #