Məşhur rejissor: "50 il keçib, hələ də təəssüflənirəm" - Etiraf

Məşhur rejissor:  "50 il keçib, hələ də təəssüflənirəm" - Etiraf
11 mart 2024
# 14:30

Məşhur rejissor Frensis Ford Koppola 1973-cü ildə keçirilən "Oskar" mükafatlandırma mərasimində “Xaç atası” filminə görə “Ən yaxşı rejissor” mükafatını ala bilmədiyi üçün üzüldüyünü etiraf edib.

Kulis.az xəbər verir ki, o, qalibin adı açıqlananda təəccübləndiyini deyib:

"Hər bir gənc və iddialı rejissor kimi mən də bir gün "Ən yaxşı rejissor" Oskarını qazanmaq və o heykəlciyi əlimdə tutmaq istəyirdim. 1973-cü ildə “Xaç atası” filminin namizədliyi irəli sürüləndə arzumun gerçəkləşəcəyini düşünürdüm, çünki mən həmin il "Amerika Rejissorlar Gildiyası" mükafatını qazanmışdım və adətən, bu mükafatın qalibi kim olsa, həm də Oskar mükafatını alırdı. Amma bu dəfə belə olmadı. Üstündən 50 il keçib, hələ də təəssüflənirəm".

Qeyd edək ki, həmin il "Ən yaxşı rejissor" mükafatını "Kabare" filmi ilə Bob Fosse almışdı.

# 873 dəfə oxunub

Müəllifin son yazıları

# # #