Məşhur paparassi ustası vəfat etdi

Məşhur paparassi ustası vəfat etdi
14 dekabr 2022
# 15:52

İlk italyan paparassilərindən biri, fotoqraf və rəssam Karlo Rikkardi 96 yaşında Romada vəfat edib.

Kulis.az xəbər verir ki, yaxınlarının dediyinə görə, son illərdə fotoqraf Covid-19 pandemiyasının sürətli yayıldığı vaxtlarda uzun müddət karantindən qaldıqdan sonra zəifləyib.

Fotoqrafın dəfn mərasimi dekabrın 15-də Montesanoda, Rəssamlar Kilsəsi adlanan yerdə keçiriləcək.

Karlo Rikkardi daha çox İtaliyada yeni sənaye binalarını, siyasi hadisələri, idman yarışlarını, mədəni tədbirləri lentə alıb.

# 1080 dəfə oxunub

Müəllifin son yazıları

# # #