Məşhur müğənninin ölüm səbəbi açıqlandı

Məşhur müğənninin ölüm səbəbi açıqlandı
15 may 2025
# 10:15

Müğənni və rejissor Metin Arolat 20 sentyabr 2024-cü ildə İstanbulun Kozyatağında konsert verdiyi məkanın döşəməsinə yıxılmışdı. İlkin müdaxilədən sonra xəstəxanaya aparılan müğənni bütün müdaxilələrə baxmayaraq, 52 yaşında vəfat etmişdi. İfaçının ölüm səbəbi aylar sonra üzə çıxıb.

Kulis.az xəbər verir ki, müğənninin qan nümunələrində etil spirti və narkotik aşkar edilib. Məlumatda ölümün səbəbinin infarkt olduğu bildirilib.

Qeyd edək ki, Metin Arolat "Ayrılık Olmaz", "Yine Bir Başıma", "Kabl Et", "Lütple Yaz Gelsin", "Çok Daha Ötesi", "Karavan" kimi albom və sinqlları ilə tanınır.

# 130 dəfə oxunub

Müəllifin son yazıları

# # #