San-Fransiskoda müğənni Maykl Ceksonun yayımlanmamış treklərinin yazıları aşkar edilib.
Kulis.az-ın məlumatına görə, kasetlər bir vaxtlar prodüser Brayan Lorenə məxsus olan anbarda saxlanılırdı.
Sənətçinin 12 mahnısından ibarət unikal kolleksiya binanı satın alan təqaüdçü polis əməkdaşı Qreqq Musqrov tərəfindən aşkar edilib.
- Naina İbrahimova 150 ölkənin iştirak etdiyi gözəllik yarışmasında
- “O, sözdən qazanc güdməyib” – yazarlar Seyran Səxavətdən danışdı
- Bakının özü gedib, adı qalan əfsanəvi MƏKANLARI
Ceksonun treklərinin 1989-1991-ci illər arasında yazıldığı ildirilir. Səs yazılarında hətta ifaçının özünün prodüserlə yaradıcılıq prosesini müzakirə etdiyini də eşidə bilərsiniz. Bundan əlavə, Maykl “Truth on Youth” adlı trekində əvvəllər onunla işlədiyi barədə söz-söhbət gəzən reper LL Cool J ilə rep oxuyub.
Ceksonun bəstələrinin tapılmış qaralamalarının sonda nə olacağı bilinmir, çünki Musqrov onların dəyərinin yeddi rəqəmə çata biləcəyinə əmindir və onları hərrac evlərindən biri vasitəsilə satmağı gözləyir.