Amerikalı pop müğənnisi Teylor Svift "2026 MTV Video Musiqi Mükafatları" mərasimində ilk dəfə təqdim olunacaq "Artist Director Honors" mükafatına layiq görülərək mərasim tarixinin ən çox mükafat alan sənətçisi ünvanını qazanacaq.
Kulis.az xəbər verir ki, hazırda Beyonse ilə birlikdə liderliyi bölüşən Svift bu nailiyyətlə mükafatlarının ümumi sayını 31-ə çatdıraraq rekorda imza atacaq.
Qeyd edək ki, mərasimdə əfsanəvi rok qrupu "Nirvana"ya isə fəxri "Video Vanguard Mükafatı" təqdim ediləcək.