Məşhur müğənni həbs olundu

Aleyna Tilki, türk müğənni

Aleyna Tilki, türk müğənni

17 dekabr 2021
# 15:30

İstanbul hava limanında dava salan müğənni Aleyna Tilki həbs olunub.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, məhkəmə qadın mühafizəçini "Səni tapıb məhv edəcəyəm. Axmaq, sənə görə təyyarəyə gecikirəm" deyə təhqir edən ifaçı ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Aleyna Tilki 5 ay müddətinə həbs olunub. Bundan başqa, o, 7 min 80 lirə təzminat ödəməli olacaq.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında yaşanıb. Aleynanın işçiləri təhqir etməsi nəticəsində Neslihan Ö. adlı mühafizəçi ondan şikayətçi olub. Nəticədə Aleyna vəzifəsini yerini yetirən dövlət məmurunu təhqir etmək və hədələmək maddələri ilə ittiham olunub. İfaçının 4 il müddətinə qədər həbs edilməsi istənilib.

# 2113 dəfə oxunub

Müəllifin son yazıları

# # #