Məşhur müğənni evində ölü tapıldı

Məşhur müğənni evində ölü tapıldı
18 avqust 2022
# 23:41

Şotlandiyalı müğənni-aktyor Darius Kempbell-Daneş vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin meyiti Minnesota ştatının Roçester şəhərindəki mənzilində tapılıb. 41 yaşlı müğənninin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Kempbell-Daneş 2001-ci ildə "Popstars" istedad şousundakı iştirakı ilə şöhrət qazanıb. Bir il sonra müğənni Britaniyanın "Pop İdol" musiqi müsabiqəsinin finalçısı olub.

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

# # #