Məşhur müğənni əməliyyat olundu

Məşhur müğənni əməliyyat olundu
11 avqust 2026
# 11:15

Türkiyəli məşhur müğənni Dəniz Seki evində yıxılaraq xəsarət alıb və təcili əməliyyat olunub.

Kulis.az xəbər verir ki, sənətçi gecə saatlarında evində pişiklərini və itlərini yemləmək istəyərkən döşəmədə ayağı sürüşərək yerə yıxılıb.

Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən müğənninin çanaq və onurğa sümüyündə zədələnmə aşkarlanıb və o, təcili əməliyyata alınıb.

Dəniz Sekinin sosial şəbəkə hesabından edilən rəsmi açıqlamada əməliyyatın uğurla keçdiyi və sənətçinin səhhətinin yaxşı olduğu bildirilib.

Həmçinin mətbuatda onun balkondan yıxılması ilə bağlı yayılan xəbərlərin təkzib edildiyi və müğənninin qısa istirahətdən sonra yenidən səhnəyə qayıdacağı qeyd olunub.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər