Məşhur müğənni bir aydan sonra komadan ayıldı

Məşhur müğənni bir aydan sonra komadan ayıldı
16 iyun 2026
# 13:00

Britaniyalı müğənni Bonni Tayler bir aydan çox davam edən komadan ayılıb.

Kulis.az xəbər verir ki, bu barədə "20minutos" nəşri məlumat yayıb.

İfaçı şiddətli qarın ağrısı şikayəti ilə Portuqaliyanın Faru şəhərindəki xəstəxanaya yerləşdirilib. Bağırsaq deşilməsi və appendiksin partlaması (kor bağırsaq) səbəbindən o, təcili əməliyyat olunub. Cərrahi müdaxilədən sonra həkimlər bərpa prosesini asanlaşdırmaq məqsədilə sənətçini süni komaya salıblar.

Bildirilir ki, bundan əvvəl həkimlər Tayleri komadan çıxarmağa cəhd etsələr də, bu zaman sənətçinin ürəyi dayanıb. Operativ müdaxilə nəticəsində ifaçını yenidən həyata qaytarmaq mümkün olub.

Müğənninin komandasından verilən açıqlamada sənətçinin hazırkı səhhəti barədə bu məlumatlar yer alıb:

"Bonni hazırda huşunu özünə qaytarıb, lakin vəziyyəti çox ağır olaraq qalır. O, hələ də intensiv terapiya şöbəsində həkimlərin nəzarəti altındadır".

# 110 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər