Dünyaca məşhur alman model Veruşka 88 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, model qraf ailəsində dünyaya gəlib.
Atası Henrix fon Lendorf 1944-cü ildə Adolf Hitlerə qarşı uğursuz sui-qəsd cəhdindən sonra edam olunub.
Modelə dünya şöhrətini rejissor Mikelancelo Antonioninin “Fotoartım” filmi qazandırıb.
Ekranda cəmi beş dəqiqə görünməsinə baxmayaraq, onun fotosu filmin afişasında yer alıb.
Karyerası ərzində 800-dən çox jurnalın üz qabığına çəkilən Veruşka “Vogue” jurnalının üz qabığında 11 dəfə yer alıb.
O, moda dünyasında “ilk alman supermodeli” kimi tanınıb.
Veruşka 1975-ci ildə “Vogue” jurnalının baş redaktoru Qreys Mirabella ilə mübahisədən sonra moda dünyasını tərk etdiyini açıqlayıb.
Onun son işlərindən biri 2018-ci ildə İsveçin “Acne Studios” brendi üçün hazırlanan fotosessiya olub.