Məşhur komiks rəssamı vəfat etdi

Məşhur komiks rəssamı vəfat etdi
19 iyun 2023
# 18:20

İtaliyalı komiks rəssamı Qratsiano Origa 72 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Origa 22 noyabr 1952-ci ildə Sardiniyada anadan olub. 1972-ci ildə Milanda StudiOriga-da komikslər üzərində işləməyə başlayıb.

O, Preslei, Devine, Krisma, Eva Robin, Armani, Fiorucci, Cadino, Sid Vicius, Pasolini, Varhol və başqa ulduzların ağ-qara portretlərini çəkib.

1977-1979-cu illərdə o, aylıq underground musiqi jurnalı "Gong" üçün rəsmlər çəkib. 1980-ci illərdə İtaliyanın gündəlik "Progresso Italoamericano", eləcə də aylıq "Advocate", "Torso", "Blueboy" və həftəlik "Screw" üçün illüstrasiyalar yaradıb.

# 691 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #