Məşhur irlandiyalı yazıçı Bakıya gəlir

Məşhur irlandiyalı yazıçı Bakıya gəlir
19 may 2023
# 12:50

Tanınmış irlandiyalı yazıçı Con Boyne V Milli Kitab Sərgisində iştirak etmək üçün Bakıya gələcək.

Kulis.az xəbər verir ki, yazıçı mayın 29-u saat 16-da İçərişəhərdə öz oxucuları ilə görüşəcək və “Qanun” Nəşrlər Evində çap olunmuş “Zolaqlı pijamalı oğlan” kitabını imzalayacaq.

C.Boynenin 20-dən çox romanı 50-dən artıq dilə tərcümə olunub.

Yazıçının “Zolaqlı pijamalı oğlan” kitabı əsasında film də çəkilib.

Xatırladaq ki, V Milli Kitab Sərgisi 27 may-4 iyun tarixlərində İçərişəhərdə hər gün səhər saat 9-dan axşam saat 20-dək fəaliyyət göstərəcək.

Sərgi çərçivəsində müxtəlif səpkili tədbirlərlə yanaşı yerli və xarici yazıçılarla görüş və imza günləri də nəzərdə tutulub.

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

# # #