Məşhur ingilis qrupu Bakıda

Məşhur ingilis qrupu Bakıda
21 noyabr 2023
# 19:00

İngiltərənin məşhur “Blue” qrupu ilk dəfə Bakıda çıxış edəcək.

Kulis.az xəbər verir ki, konsert 2024-cü il fevralın 15-də Heydər Əliyev Sarayında baş tutacaq.

“Blue” İngiltərənin kişilərdən ibarət qrupudur, onun mahnılarından ibarət albom 7,9 milyon ümumi tirajla satılıb. Qrupun tərkibinə Dunkan Ceyms, Entoni Kosta, Li Rayan və Saymon Vebb daxildir. Qrup Elton Conun məşhur “Sorry Seems to Be the Hardest Word” mahnısını ifa etdikdən sonra bütün dünyada tanınıb.

Qrup “BRIT Awards 2002”də “Best Newcomer”, “Smash Hits Awards”da “Best Newcomer” , eləcə də “Capital FM Awards”da “Best Single”, “Best Newcomer” və “Best Pop Act” kimi çoxsaylı mükafatlara layiq görülüb.

# 805 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #