Məşhur ifaçı vəfat etdi

Məşhur ifaçı vəfat etdi
28 dekabr 2022
# 18:50

Portuqaliyalı müğənni Theolinda Joaquina de Souza Lanza vəfat edib.

Kulis.az xəbər verir ki, Linda de Souza kimi tanınan müğənni 74 yaşında koronavirus infeksiyasının yaratdığı fəsadlar səbəbindən vəfat edib.

Linda De Souza 1948-ci ildə Portuqaliyada anadan olub. 1969-cu ildən Fransada yaşamağa başlayıb. 10 ildən sonra onun mahnıları bu ölkədə populyarlaşıb. Ulduz portuqal və fransız dillərində xalq üslubunda mahnılar ifa edib.

İfaçı, eyni zamanda, bir sıra filmlərdə rol alıb və kitablar yazıb.

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

# # #