Məşhur film iflasa uğradı

Məşhur film iflasa uğradı
26 iyul 2022
# 16:20

Yeni "Terminator: Qaranlıq talelər" elmi-fantastik filmi uğursuz alınaraq iflasa uğrayıb.

Kulis.az xəbər verir ki, bunu filmin rejissoru Tim Miller etiraf edib.

"Terminator: Qaranlıq talelər" 2019-cu ilin oktyabrında nümayiş etdirilib. Onun büdcəsi 185 milyon dollar, kassa gəliri isə cəmi 260 milyon dollar olub.

Xatırladaq ki, rejissor Ceyms Kameron tərəfindən çəkilərək 1984-cü ilin oktyabrında təqdim olunan gələcəkdən gələn robotların hekayəsindən bəhs edən "Terminator" filmi tamaşaçılar arasında böyük uğur qazanaraq, eyni zamanda, kassa gəlirinə görə də əfsanəvi filmlər siyahısında yer tuta bilib.

# 1392 dəfə oxunub

Müəllifin son yazıları

# # #