Məşhur azərbaycanlı reper narkotik və oğurluğa görə saxlanıldı

Məşhur azərbaycanlı reper narkotik və oğurluğa görə  saxlanıldı
27 yanvar 2025
# 22:00

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxladıqları şəxslərdən biri musiqiçi imiş.

Kulis.az Kult.az-a istinadən xəbər verir ki, saxlanılan Anar Niftəliyev RG təxəllüslü məşhur reperdir.

Bakıda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev (RG) və 31 yaşlı Fərid Zülfüqarovu saxlayıb. Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

# 1427 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #