İTV-nin aparıcısı Jalə Həsənli yıxılaraq qolundan ağır zədə alıb.
Kulis.az xəbər verir ki, bu haqda Jalə özü məlumat yayıb. O, bildirib ki, hal-hazırda həkim nəzarəti altındadır və vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, hadisə Dənizkənarı parkda baş tutan Zəfər Günü ilə bağlı konsertdə olub. Jalə xəsarət alsa da, konserti aparmağa davam edib.