Məşhur aparıcı: "ATV-də kim xəstələnir, yerinə İlhaməni çağırırlar"

Məşhur aparıcı:  "ATV-də kim xəstələnir, yerinə İlhaməni çağırırlar"
24 iyun 2023
# 18:25

"ATV kanalında bütün formata uyğunlaşan insanam. Kim xəstələnir, kim yoxdur İlhaməni çağırırlar".

Kulis.az xəbər verir ki, bu sözləri aparıcı İlhamə Bədəlova "7 canlı" verilişində deyib. Son günlər həmkarı Vüsalə Əlizadəni əvəzləyən aparıcı bununla bağlı danışıb:

"Məni heç kim tək bir çərçivəyə sığdıra bilməz. Hər verilişin öz formatı var. Burada pozitiv olmalısan, insanlar əyləncə gözləyir. Rəhbərliyin bizə verdiyi fürsətdir. Bir neçə layihəni aparırıq. Bir çox iradları qəbul edirik. Səhnədə peşəkarlaşırıq. İşimiz üçün vacibdir. Bu olmasın, başqa veriliş olsun. Bir də gördünüz xəbərlər aparıram".

Qeyd edək ki, bir müddətdir aparıcı Vüsalə Əlizadə verilişə çıxmır. Onu "7 canlı"da İlhamə əvəzləyir.

# 1379 dəfə oxunub

Müəllifin son yazıları

# # #