Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
19 noyabr 2026
# 13:14

43 yaşlı amerikalı aktyor Kristian Kazins vəfat edib.

Kulis.az xəbər verir ki, aktyor oktyabrın 20-də ABŞ-nin Kaliforniya ştatında yerləşən evində ölü tapılıb.

Kristianın ölüm xəbərini onun ögey qardaşı Jonas Roeser sosial şəbəkədə paylaşıb.

O bildirib ki, Kristian uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkib.

Kristian Kazins əkiz qardaşı Cozeflə birlikdə “Kindergarten Cop” filmində Dominik Palmieri obrazını canlandırıb.

O, həmçinin “Knots Landing”, “Critters 3” və “Twin Sitters” ekran işlərində rol alıb.

Qeyd edək ki, aktyor sonradan sənət fəaliyyətini dayandıraraq mebel biznesində çalışıb.

# 315 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər