Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
24 iyun 2025
# 10:13

Rusiyalı aktyor Serqey Bukreev 56 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, aktyorun halı tamaşa zamanı pisləşib.

O, antrakt zamanı küçəyə çıxaraq huşunu itirib. Məlum olub ki, aktyor ürək tutması keçirib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, bu mümkün olmayıb.

Qeyd edək ki, “Kastinq” filmi ilə məşhurlaşan sənətçi 20-dən çox serialda oynayıb.

# 207 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #